Bolton Avropanı hədələdi: “Qarşımızda çökəcəksiniz”

 Bolton Avropanı hədələdi:    “Qarşımızda çökəcəksiniz”
  30 Mart 2019    Oxunub:2385
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, “Brexit”dən sonra Böyük Britaniya ABŞ-ın ticarət sazişləri bağlayacağı ölkələr sırasında birinci olacaq.

Azvision.az xəbər verir ki, Bolton bunu “Sky News” telekanalına müsahibəsində deyib.
“Prezident (Donald Tramp) Britaniya xalqının iradəsinin həyata keçməsini səbisizliklə gözləyir və hətta Britaniya ilə ticarət anlaşması imzalamağı bundan daha çox istəyir” – Bolton vurğulayıb.

Trampın köməkçisi həm də “sərt Brexit”lə, yəni Britaniyanın Avropa İttifaqını (Aİ) sazişsiz tərk etməsi ehtimalı ilə bağlı mövcud narahatlıqlara da aydınlıq gətirərək bildirib ki, belə olarsa, onda Britaniya daha geniş transatlantik ticarətlə məşğul ola biləcək və bundan uduzan London yox, Aİ ölkələri olacaq.

“Avropa İttifaqından çıxacağı təqdirdə Birləşmiş Krallığın fiaskoya uğrayacağından narahat olanların özləri ABŞ-ın qarşısında çökəcəklər. Biz Aİ-dan asılı olmayaraq Britaniya ilə saziş imzalayacağımız günü gözləyirik”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   ABŞ   Avropaİttifaqı  





Xəbər lenti