Ermənistanda etirazçılar yolu bağladı

   Ermənistanda etirazçılar yolu bağladı
  29 Mart 2019    Oxunub:2140
Bu gün səhər saat 09:00-dan etibarən Ermənistanın Tavuş əyalətinin Dilican şəhərində etiraz aksiyası keçirən 300-dən çox sakin yük maşınları ilə şəhərin əsas yolunu bağlayaraq nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıblar.
Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, yüzlərlə dilicanlının etirazı nəticəsində şəhərdə gərginlik və kilometrlərlə uzanan tıxaclar davam edir.

Etiraz aksiyasına səbəb isə, Dilican şəhərinin keçmiş hərbi komissarı Ovanes Akopyanın oğlu - qətl törətməyə cəhddə təqsirləndirilən David Akopyanın işi ilə bağlı məhkəmənin çıxardığı həbs qərarıdır. Etirazçılar hesab edirlər ki, David ədalətsizliyin qurbanı olub və bu səbəbdən də, onun dərhal azadlığa buraxılmasını tələb edirlər.

Hazırda aksiyanın keçirildiyi əraziyə Tavuş əyalətinin qubernatoru Ayk Çobanyan, Dilican şəhər meri Armen Santrosyan və Dilican Polis İdarəsinin rəisi Sevak Badiryan gələrək etirazçılarla görüş keçirirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti