Yanğından zərərçəkənlər üçün İşçi Qrup yaradıldı

   Yanğından zərərçəkənlər üçün İşçi Qrup yaradıldı
  28 Mart 2019    Oxunub:2390
İqtisadiyyat Nazirliyi ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 26-da Bakının Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb.

Bununla bağlı, "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ziyan dəymiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrup tərəfindən martın 29-31-də onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcək.

Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk prospekti134, telefon: 012-404-04-01) təşkil olunacaq.

Azvision.az



Teqlər: Nazirlik  





Xəbər lenti