Metroya biletsiz girən miqrantı vəhşicəsinə döydülər - VİDEO

Metroya biletsiz girən miqrantı vəhşicəsinə döydülər -  VİDEO
  28 Mart 2019    Oxunub:2932
İspaniyanin Kataloniya muxtariyyətinin paytaxtı Barselonada polislər şəhərin metro stansiyalarından birinə biletsiz daxil olmağa çalışan sərnişini vəhşicəsinə döyüblər.
Azvision.az xəbər verir ki, “Es Racismo” (“Bu, irqçilikdir”) hüquq müdafiə platforması aktivistlərinin "Tvitter"də yaydığı videoda Barselona metropoliten mühafizəçilərinin stansiyaya biletsiz girməyə çalışan sərnişini öncə təqib etdikləri, sonra isə rezin dəyənəklə döyərək yerlə sürüdükləri görüntülər əks olunub.

Miqrant olduğu deyilən sərnişinin döyülməsində 8 polis əməkdaşı iştirak edib. İspaniya hüquq müdafiəçilərinin yaydığı kadrlardan sonra “Renfe” dəmiryolu şirkəti daxili istintaq başladıb və insidentdə iştirak edən bütün mühafizə xidməti əməkdaşlarını işdən qovub.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kataloniya   Barselona   İspaniya  





Xəbər lenti