Penitensiar Xidmətdən ONA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.1; 182.2.1; 182.2.4; 310 və 66.3-cü maddələrinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həsənov Babək Elbrus oğlu ilə qısamüddətli görüşə gəlmiş bibisi oğlu Daşkəsən rayon sakini Rəsulov Ədalət Əlağa oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki pencəyin cibində 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Azvision.az