Sumqayıtda sexdə partlayış olub: Ölən və yaralılar var

 Sumqayıtda sexdə partlayış olub:    Ölən və yaralılar var
  28 Mart 2019    Oxunub:2739
Sumqayıtda polad əritmə sexində partlayış baş verib.

Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsinidə keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən polad əritmə sexində qeydə alınıb.
Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Sumqayıt   Partlayış  





Xəbər lenti