Bayramda dəmir yolu ilə 25 minə yaxın sərnişin daşınıb

   Bayramda dəmir yolu ilə 25 minə yaxın sərnişin daşınıb
  27 Mart 2019    Oxunub:1461
Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.

Martın 19-26-da dəmir yolu ilə 24 min 880 sərnişin daşınıb ki, 22 min 423 nəfər ölkə daxilində hərəkət edən, 2457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə yola salınıb.

Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.

Azvision.az


Teqlər: Novruz   Dəmiryolu  





Xəbər lenti