Türkiyə PKK liderlərini məhv etdi

   Türkiyə PKK liderlərini məhv etdi
  27 Mart 2019    Oxunub:1860
Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Silahlı Qüvvələrinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayıkın ən yaxın adamları, terror başçıları Mikail Özdəmir, Əmrulla Dursun, Əli Ağdaş və digərləri məhv edilib.
Azvision.az “Haberturk”ə istinadən xəbər verir ki, Türkiyə kəşfiyyatı Bayıkın “sağ əli”, PKK-nın İran və Avropadakı fəaliyyətlərinə cavabdeh olan Rza Altunun Kandil şəhərinin İranla sərhəddə yaxın bölgəsində toplantı quracağını öyrənib və əməliyyat hazırlıqlarına başlayıb.

Nəticədə, 21 martda avtomobillə İranla sərhəddəki Əbu Bəkr kəndinə gedərkən Rza Altun və yanındakı digər terror başçıları Türkiyənin F-16 qırıcı təyyarələrinin hədəfinə keçiblər. Hava zərbələri nəticəsində Mikail Özdəmir, Əmrulla Dursun və Əli Ağdaş ölüb, Rza Altun isə yaralanıb. Lakin onun tam aqibətinin necə olduğu barədə dəqiq məlumat yoxdur.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: PKK   Türkiyə   İran  





Xəbər lenti