23468 abituriyent elektron ərizəsini təsdiq edib

23468 abituriyent elektron ərizəsini təsdiq edib
  27 Mart 2019    Oxunub:2839
2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu davam edir.
Bu gün saat 15:00-a olan məlumata əsasən, I-IV ixtisas qrupları üzrə 20 915 (18 647 Azərbaycan bölməsi, 2 268 rus bölməsi üzrə) abituriyent elektron ərizəsini təsdiq edib.

Onlardan 18 504 abituriyent yaz imtahanına, 143 abituriyent isə yay imtahanına qeydiyyatdan keçib.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Azvision.az



Teqlər: DİM   Abituriyent  





Xəbər lenti