Suriyalılar Trampa qarşı etiraz aksiyası keçirir - FOTO

    Suriyalılar Trampa qarşı etiraz aksiyası keçirir -  FOTO
  26 Mart 2019    Oxunub:2916
Suriyanın demək olar ki, bütün ərazisində vətəndaşlar ABŞ prezidenti Donald Trampın Colan təpələrini rəsmən İsrailin ərazisi kimi tanımasna qarşı kütləvi etiraz aksiyası keçirirlər.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət informasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Suriyanın paytaxtı Dəməşqdə, eləcə də, Homs, Deyr-əz-Zor, Qamışlı, Kuneytra (Colan təpələrində yerləşir) və digər iri şəhərlərdə minlərlə sakin Trampın qərarına və İsrailin işğalçı siyasətinə etiraz edirlər.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti