Türkiyə və Rusiya ilk birgə patrul həyata keçirdilər

Türkiyə və Rusiya ilk birgə patrul həyata keçirdilər
  26 Mart 2019    Oxunub:1499
Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-qərbindəki Təl-Rıfat bögəsində ilk dəfə olaraq birgə patrul həyata keçiriblər.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Daha əvvəl əldə olunan razılıq çərçivəsində Təl-Rıfat bölgəsində atəşkəsi qorumaq, sabitliyi təmin etmək və ünsürlərimizə edilən hücumların qarşısını almaq məqsədilə, Türkiyə Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələri ilk müstəqil koordinasiyalı patrul fəaliyyətini icra ediblər” – məlumatda qeyd olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Suriya   Rusiya  





Xəbər lenti