MDB Sərhəd Qoşunları komandanları görüşəcək

   MDB Sərhəd Qoşunları komandanları görüşəcək
  26 Mart 2019    Oxunub:1711
Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası keçiriləcək.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistanın sərhəd qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Görüşdə Mərkəzi Asiya regionunda MDB-nin xarici sərhədlərindəki vəziyyət, 2021-2025-ci illərdə Birliyin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlıq proqramının layihəsi müzakirə olunacaq. Həmçinin 2020-ci ildə Şuranın iş planının layihəsi, birgə xüsusi sərhəd əməliyyatlarının hazırlanması və keçirilməsi planı və digər məsələlər də diqqət mərkəzində olacaq.

İclasda, həmçinin müvafiq sahədə birgə elmi-tədqiqat fəaliyyətinin aparılması, bir sıra təşkilati və kadr məsələlərinə də baxılacaq.

Azvision.az


Teqlər: MDB   DSX  





Xəbər lenti