Silsilə oğurluq edən şəxslər ələ keçdi

Silsilə oğurluq edən şəxslər ələ keçdi
  26 Mart 2019    Oxunub:2609
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də şəhər ərazisindəki evlərin birindən 400 manat və 100 ABŞ dolları, habelə 300 manat dəyərində qızıl sırğa və spirtli içki oğurlamaqda şübhəli bilinənlər - şəhər sakini A.Tişkin və Qobustan rayon sakini F.Nəsirov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, F.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 köşkdən 234 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması, habelə A.Tişkinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən elektrik naqili və təmir-tikinti aləti oğurlaması müəyyən edilib.

Bundan başqa Əlahiddə Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 25-də rayonun 20 Yanvar küçəsində yerləşən orta məktəbdən 3 ədəd noutbuk, 2 ədəd proyektor, 2 ədəd sürətçıxaran, 2 ədəd istilik radiatoru, 4 ədəd səsgücləndirici və digər məktəb ləvazimatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Cavadov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurrluq  





Xəbər lenti