Həmkəndlisinin itini öldürən şəxs saxlanılıb

Həmkəndlisinin itini öldürən şəxs saxlanılıb
  26 Mart 2019    Oxunub:2613
Martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri RPŞ-yə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   İt   Tüfəng  





Xəbər lenti