Tramp Colan təpələrini rəsmən İsrailin ərazisi kimi tanıdı

 Tramp Colan təpələrini rəsmən İsrailin ərazisi kimi tanıdı
  26 Mart 2019    Oxunub:3856
Bu gün ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə mətbuat konfransı keçirib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, konfransdan sonra Tramp İsrailin Colan təpələri üzərindəki suverenliyini tanıyan sənədə imza atıb.
"İsrailin Colan təpələrindəki hakimiyyətini tanıdım", - deyə Tramp açıqlamasında bildirib.

Xatırladaq ki, 1967-ci ildə baş verən 6 günlük müharibə zamanı İsrail Suriyanın Colan təpələrini işğal edib.

Azvision.az


Teqlər: Tramp   Colan   İsrail  





Xəbər lenti