İranda təbii fəlakət - 17 nəfər ölüb, xeyli yaralı var

 İranda təbii fəlakət  - 17 nəfər ölüb, xeyli yaralı var
  25 Mart 2019    Oxunub:4299
İranın Şiraz vilayətində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivand məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət zamanı 70-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl isə 11 nəfərin öldüyü, 68 nəfərin yaralandığı bildirilirdi.

Azvision.az



Teqlər: İran   Şiraz   Daşqın  





Xəbər lenti