7 evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

7 evdən pul və qızıl-zinət əşyaları oğurlanıb
  25 Mart 2019    Oxunub:3064
Abşeron rayonu ərazisində 7 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş İ.Nağıyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti