ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış olub

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış olub
  25 Mart 2019    Oxunub:2558
ABŞ dəniz piyadalarının Yaponiyanın Okinava adasının cənubunda yerləşən Kemp-Zukeran hərbi bazasında partlayış baş verib.
Bu barədə Kyodo agentliyi ABŞ hərbi polisinə istinadla məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər hasarın bir hissəsini dağıdaraq bazanın ərazisinə daxil olublar.

Bundan sonra onlar Yaponiya Müdafiə Nazirliyinin nümayəndələrinin istifadə etdiyi qaz balonunu tikililərdən birinin yaxınlığında yerləşdirərək onu partladıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Azvision.az



Teqlər: ABŞ   Partlayış  





Xəbər lenti