Köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
  25 Mart 2019    Oxunub:2003
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti