Afrikada “İdai” faciəsi: Ölü sayı 700-ü keçib

  Afrikada “İdai” faciəsi:    Ölü sayı 700-ü keçib
  25 Mart 2019    Oxunub:1889
“İdai” qasırğasının törətdiyi sel fəlakəti nəticəsində Cənubi Afrika ölkələrində ölənlərin sayı 700 nəfəri keçib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Mozambikdə ölənlərin sayı 417-ni ötüb. Zimbabvedə 259, Malavidə isə 56 nəfər ölüb.

Qeyd edək ki, martın 17-dən Mozambikin Beira şəhərindən başlayan qasırğa daha sonra qonşu Zimbabveyə keçib. Tropik qasırğa şiddətli külək, yağış və daşqınlarla müşayiət olunub.

Azvision.az



Teqlər: Qasırğa  





Xəbər lenti