Balıqlar Kamçatkada hökumət binasının qarşısını kəsdi - VİDEO

   Balıqlar Kamçatkada hökumət binasının qarşısını kəsdi -   VİDEO
  24 Mart 2019    Oxunub:8433
Rusiyanın Uzaq Şərq federal dairəsinə daxil olan Kamçatka diyarının hökumət binasının önünə 8 tona yaxın balıq tullantısı səpələnib.
Azvision.az “Kam-24”ə istinadən xəbər verir ki, hadisəyə balıq daşıyan yük maşını sürücüsünün arxa qapıları zəncirlə möhkəm bərkitməməsi səbəb olub.

Qeyd olunur ki, yol patrul xidmətinin əməkdaşları “Təhlükəsiz şəhər” sistemi vasitəsilə sürücünü taparaq saxlayıblar. Onun məsuliyyətə cəlb edilməsi üçün barəsində inzibati protokol hazırlanıb. Yükün daşınmasına cavabdeh olan şirkət isə 150 min rubl məbləğində cərimələnib. Şirkət həmçinin, yolu çirkləndirdiyinə görə səpələnən balıq tullantılarını təmizləməyi öz boynuna götürüb.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Kamçatka  





Xəbər lenti