SOCAR Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilər

SOCAR Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilər
  24 Mart 2019    Oxunub:3785
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) BP və SOCAR-ın Aral dənizində iki blokda geoloji kəşfiyyat işlərinin aparılması imkanını nəzərdən keçirməsi barədə yayılan xəbəri şərh edib.
Azvision.az xəbər verir ki, SOCAR tərəflər arasında məsləhətləşmələr aparıldığını, təkliflərə baxıldığını deyib: "Hazırda əməkdaşlıq məhz bu istiqamətdə gedir. Əgər gələcəkdə kəşfiyyat işlərinin aparılması haqqında qərar qəbul olunsa, ictimaiyyəti məlumatlandıracağıq".

Bundan əvvəl "Podrobno.uz" saytı "Nefteqazinvest" şirkətinin direktor müavini Husniddin Turayevə istinadən yazmışdı ki, BP və SOCAR tərəfindən Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılması imkanlarına baxılır:

"Konsorsiumda hər iki şirkət Özbəkistanda işlərə başlayıblar. Onlarla əməkdaşlıq haqqında memoramdum, həmçinin məxfilik barədə saziş imzalanıb. Xüsusilə, şirkətlər Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdən keçirirlər. Ötən il onlara zəruri geoloji məlumat vermişik. Hazırda şirkətlərin nümayəndələri materialları öyrənirlər. Ümid edirik ki, onlar gələcəkdə həmin bloklarda işlərin görülməsi üzrə qərarı yaxın vaxtlarda qəbul edəcəklər".

Azvision.az


Teqlər: Azərbaycan   SOCAR   Araldənizi   BP  





Xəbər lenti