Türkiyədə hərbi avtobus qəzaya düşüb: 1 ölü, 20 yaralı

  24 Mart 2019    Oxunub : 1266
Türkiyədə hərbi avtobus qəzaya düşüb: 1 ölü, 20 yaralı
Türkiyənin Şırnak əyalətinin Silopi rayonunda hərbçiləri aparan avtobusun qəza törədərək aşması nəticəsində 1 əsgər ölüb, 20 əsgər isə yaralanıb.
Azvision.az xəbər verir ki, qəza nəticəsində yaralanan türk əsgərləri Silopi, Şırnak və Cizrə xəstəxanalarına yerləşdiriliblər.

İnsidentin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə