Qəbələdə partlayış olub, 4 nəfər yaralanıb

 Qəbələdə partlayış olub,  4 nəfər yaralanıb
  24 Mart 2019    Oxunub:4684
Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.

Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.
Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: Qəbələ   Partlayış  





Xəbər lenti