Braziliyada bəndin uçması nəticəsində 212 nəfər ölüb

Braziliyada bəndin uçması nəticəsində 212 nəfər ölüb
  24 Mart 2019    Oxunub:1596
Braziliyanın Minas-Jerays ştatında bəndin uçması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın mülki müdafiə qüvvələri məlumat yayıb. Hadisə zamanı 98 nəfər itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 25-də "Vale" şirkətinin metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti