Londonda bir milyon nəfər yürüş keçirdi

 Londonda bir milyon nəfər yürüş keçirdi
  24 Mart 2019    Oxunub:2955
Londonda Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair ikinci referendumun keçirilməsi tələbilə şənbə marşı iştirakçılarının sayı bir milyon nəfərə çatıb.
Azvision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə marşın təşkilatçısı olan "People's Vote" fəallar qrupu məlumat yayıb.

"Bütün ölkə üzrə bir araya gələn bir milyon marş iştirakçısına çox sağol deyirik", - deyə təşkilatçılar "Twitter"də yazıblar.

Azvision.az



Teqlər: London  





Xəbər lenti