Yasamalda evdən qadın meyiti tapılıb

Yasamalda evdən qadın meyiti tapılıb
  24 Mart 2019    Oxunub:1832
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qiqeyçuk İvanna İosivnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər:





Xəbər lenti