Bakıda yaşayış binasında təhlükənin qarşısı alınıb

  22 Mart 2019    Oxunub : 747
Bakıda yaşayış binasında təhlükənin qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni divara bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat başa çatıb.

Azvision.az

Teqlər: FHN   Bina