50 nəfəri öldürən terrorçu ömürlük həbsdə qalacaq

   50 nəfəri öldürən terrorçu ömürlük həbsdə qalacaq
  22 Mart 2019    Oxunub:2780
Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbsə məhkum ediləcək.

Azvision.az xəbər verir ki, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında deyib.
Uinston Piters çıxışında bildirib: "Bu hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək".

Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 51 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Terror  





Xəbər lenti