Rusiya səfirliyinin qarşısında polislərə qumbara atıldı

 Rusiya səfirliyinin qarşısında polislərə qumbara atıldı
  22 Mart 2019    Oxunub:2964
Rusiyanın Yunanıstandakı səfirliyinin qarşısında dayanan polislərə qumbara atıblar.
Azvision.az xəbər verir ki, hadisəni naməlum şəxslər törədib.

Səfirliyin mətbuat attaşesi Vasili Qavrilov deyib ki, onlar Afinada yerli vaxtla gecə saat 03:30-da motosikletlə səfirliyin konsulluq bölməsinə tərəf gələrək polis məntəqəsinə qumbara atıblar.

Onun sözlərinə görə, qumbara atılması nəticəsində partlayış olsa da, xəsarət alan olmayıb.

V.Qavrilov qeyd edib ki, ərazi polis tərəfindən çəpərlənib və araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Rusiya   Səfirlik   Afina  





Xəbər lenti