Goranboyda dəhşətli qəza - 2 nəfər yanaraq öldü

  22 Mart 2019    Oxunub : 1443
Goranboyda dəhşətli qəza - 2 nəfər yanaraq öldü
Goranboy rayonunda “Mercedes” markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub.

Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində minik avtomobilinin yanar hissələri yanıb.
Yanğının kəşfiyyatı zamanı minik avtomobilində aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: Qəza