Bakıda qadın əcnəbi vətəndaşı qarət edib

  19 Mart 2019    Oxunub : 994
Bakıda qadın əcnəbi vətəndaşı qarət edib
Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oğurluqla bağlı müraciət daxil olub.

Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da əcnəbi vətəndaş T.Çodrinin 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimova tutulub. Faktla bağlı araşdırmalara başlanıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq