Fransa ABŞ-ın təzyiqini qınadı

Fransa ABŞ-ın təzyiqini qınadı
  19 Mart 2019    Oxunub:1453
“Bu gün strateji rəqabət Asiyaya transfer edilib. Artıq Avropa ABŞ üçün əsas oyun mydanı deyil və dolayısilə də (ABŞ-ın Avropa siyiasətində) sual işarələri ortaya çıxıb”

Azvision.az xəbər verir ki, bunu Fransanın silahlı qüvvələr naziri xanım Florans Parli Vaşinqtona səfəri çərçivəsində Atlantik Şurasındakı çıxışında bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın silah sistemləri və NATO-da müdafiə xərclərin artırılması mövzusunda öz müttəfiqlərinə təzyiq etməsi qəbuledilməzdir.

“Şəxsən mən, NATO-nun həmrəylik gücünün bu və ya digər hərbi texnikanın alınması ilə şərtləndirilməsindən narahatam. İttifaq şərtsiz olmalıdır, yoxsa bu cür ittifaq ola bilməz. NATO həmrəyliyi “F-35” maddəsinə deyil, 5-ci maddəyə əsaslanır” - fransalı nazir vurğulayıb.

NATO ölkələrinin ÜDM-nın 2%-ni alyansın müdafiə büdcəsinə ödəməyəcəkləri təqdirdə, Vaşinqtonun “öz bildiyimiz kimi davranacağıq” yanaşmasına münasibət bildirən Parli onu da əlavə edib ki, “Avropalılar bu yanaşmanı eşidəndə güvən hiss etmək əvəzinə, ağlagəlməz hadisələrin (ABŞ-ın NATO-dan ayrılması) getdikcə yaxınlaşmaqda olub-olmadığı ilə maraqlanmağa başlayıblar. Və nəticədə, ehtimal bir vəziyyət üçün hazırlıq etməyə başlanıldı. Öz başlarına buraxıldıqlarında (avropalılar) nələr edə biləcəklərini nəzərdən keçirməyə başlayıblar. ”

Fransalı nazir onu da vurğulayıb ki, Avropa öz müdafiə sənayesini gücləndirməlidir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avroap   Fransa   ABŞ   NATO  





Xəbər lenti