Avtobus qəzasında 2 nəfər yaralanıb - Nazirlik

Avtobus qəzasında 2 nəfər yaralanıb -   Nazirlik
  19 Mart 2019    Oxunub:2226
Bu gün səhər saatlarında Bakının Nizami rayonunda marşrut avtobusunun törətdiyi qəza nəticəsində 2 nəfər xəsarət alıb.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirib ki, 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Yüngül xəsarət alan 72 yaşlı kişiyə isə hadisə yerində yardım edilib.

Qeyd edək ki, Nizami rayonunda "Ramal" Ticarət Mərkəzinin qarşısında sərnişin avtobusunun iştirakilə baş verən qəza nəticəsində bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəza   Nazirlik   Avtobus  





Xəbər lenti