Dünən toyu olan oğlan qəzaya düşdü

  18 Mart 2019    Oxunub : 2596
 Dünən toyu olan oğlan qəzaya düşdü
Göyçay rayonunda minik avtomobilləri toqquşub.
Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 193 kilometrliyində, yolun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Zərbənin təsirindən avtomobillərə ciddi zərər dəyib.

Qeyd edək ki, sürücülərdən biri Göyçayın Qarayazı kəndinin sakinidir. Ötən gün onun toy mərasimi olub. Faktla bağlı araşdırma aparılır. (Report)

Azvision.az

Teqlər: Qəza   Göyçay