Rövnəq Abdullayev azərbaycanlı milyarderlə görüşüb

  18 Mart 2019    Oxunub : 1718
Rövnəq Abdullayev azərbaycanlı milyarderlə görüşüb
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.
Azvision.az SOCAR-ın saytına istinadən xəbər ki, görüşdə “LUKoil” ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKoil”un iştirakı yüksək qiymətləndirilib.

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yüksək qiymətləndirib, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

“LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10% paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.

Azvision.az


Teqlər: SOCAR