İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı

   İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı
  18 Mart 2019    Oxunub:2000
İran və Türkiyə PKK terror təşkilatının silahlı döyüşçülərinə qarşı birgə əməliyyatlar həyata keçirməyə başlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə Anadolu agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Türkiyə və İran martın 18-i səhər saatlarından etibarən PKK terrorçularına qarşı sərhəddə birgə əməliyyatlar keçirirlər”- agentlik yazıb.

Bununla belə, əməliyyatların keçirildiyi rayonun adı və təfərrüatlar barədə heç bir məlumat verilmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: PKK   Türkiyə   İran  





Xəbər lenti