ABŞ Slovakiyada hərbi baza yaratmayacaq

   ABŞ Slovakiyada hərbi baza yaratmayacaq
  18 Mart 2019    Oxunub:1926
ABŞ-ın Slovakiyada hərbi baza yaratmaq, yaxud bu ölkədə öz qoşunlarını yerləşdirmək niyyəti yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Bratislavadakı fövqəladə və səlahiyyətli səfiri Adam Sterlinq “Facebook” vasitəsilə etdiyi canlı yayımda iki ölkə arasında imzalanması gözlənilən müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə ilə əlaqədar olaraq bildirib.

“ABŞ Slovakiyada öz hərbi bazasını yaratmağa cəhd etmir və burada öz hərbçilərinin daimi mövcudluğu barədə danışıqlar aparmır” – Sterlinq vurğulayıb. Onu da qeyd edib ki, adı çəkilən müqavilə ABŞ-la Slovakiya arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi əsas yaradacaq, xüsusən də, Vaşinqtonun Slovakiyanın müdafiə infrastrukturuna investisiya yatırmasına imkan verəcək.

“Bu cür investisiyalar, yəqin ki, slovak şirkətləri üçün sifarişlərin çoxalmasına və respublikada yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.”

Onun sözlərinə görə, ABŞ NATO-ya üzv dövlətlərin əksəriyyəti də daxil olmaqla, bir çox ölkələrlə bu cür sazişlər imzalayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Slovakiya   NATO   ABŞ  





Xəbər lenti