İran ABŞ rəsmilərini məhkəməyə verir

  18 Mart 2019    Oxunub : 695
 İran ABŞ rəsmilərini məhkəməyə verir
Rəsmi Tehran sanksiyalar tətbiq etməklə İran xalqını çətinliyə salan amerikalı rəsmilərə qarşı hüquqi prosedur başladaraq onları məhkəməyə verəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani dövlət televiziyasındakı çıxışında deyib.

ABŞ-ın İrana qarşı sanksiyaları insanlıq əleyhinə cinayətdir. Bu sanksiyalar İranın milli valyutası rialın dəyərinə təsir edib və inflyasiyanı artırıb. Xalqımızı çətinliyə salan amerikalı rəsmilərə qarşı iddia qaldıracağıq. Hökumətimiz bu çətinliyin öhdəsindən gəlməyə qadirdir” – Ruhani vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran   Məhkəmə   ABŞ