Oğurluq edən şəxsdən silah və heroin götürülüb

Oğurluq edən şəxsdən silah və heroin götürülüb
  18 Mart 2019    Oxunub:3200
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Babayev “Mercedes” markalı avtomobilindən mobil telefonunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini , əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin də aşkar edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin silah gizlətməsi də müəyyən edilib. Onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi “TT” markalı tapança aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti