Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran rayonunun Veravul kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini E.Əzimov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana və kibrit qutusunda qablaşdırdığı 24 ədəd çətənə toxumu aşkar edilərək götürülüb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə isə əlavə olaraq çəkisi 1,3 kiloqramdan artıq marixuana və 2 dibçəkdə çətənə şitilləri götürülüb. Araşdırma aparılır.