Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd kustar üsulla hazırlanan tapança və 22 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
M.Əbilov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib. Faktla bağlı Mehman Əbilov barəsində 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
Azvision.az