Soyğunçuluq edən keçmiş məhkum saxlanılıb

  18 Mart 2019    Oxunub : 857
Soyğunçuluq edən keçmiş məhkum saxlanılıb
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Kazımov olduğu müəyyən edilib. ​Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN