Avstraliya bu şəxslərin ölkəyə girişinə qadağa qoyur
Bu addım fevralın sonunda Avstraliya qanunvericiliyinə edilən dəyişikliklə əlaqədardır. Dəyişikliyə əsasən, məişət zorakılığı maddələri üzrə cəza çəkən və Avstraliyaya gəlmək istəyən əcnəbilərə viza verilməyəcək. Bunadək verilən vizalar isə ləğv olunacaq.
Avstraliyanın Səhiyyə və Sosial Təminat İnstitutunun statistikasına görə, ölkədəki hər 6 qadından biri fiziki zorakılıq və cinsi təcavüzə məruz qalır. Qanunvericiliyə edilən bu dəyişikliyin ölkədə ailə şiddətinə son qoymaq məqsədi daşıdığı bildirilir. Lakin buna görə hökumətin ölkə daxilində tədbirlər görməsi əvəzinə əcnəbiləri hədəfə alması narazılığa səbəb olub. Belə ki, Avstraliyada qadınların 54%-i məhz öz həyat yoldaşları, yaxud partnyorları tərəfindən zorakılığa məruz qalırlar.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Avstraliya