Üç qurum birgə əməliyyat keçirdi: 14 kq narkotik aşkarlandı

   Üç qurum birgə əməliyyat keçirdi:    14 kq narkotik aşkarlandı
  16 Mart 2019    Oxunub:2528
Daxil olmuş məlumat əsasında Cəlilabad Rayon Polis Şöbəsi, DTX-nin rayon şöbəsi və DSX-nin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəqliyyat vasitəsinin salonundan çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Davam etydirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   DTX   DSX  





Xəbər lenti