Slovakiyada prezident seçkiləri keçirilir

Slovakiyada prezident seçkiləri keçirilir
  16 Mart 2019    Oxunub:1911
Slovakiyada prezident seçkilərinin ilk turu keçirilir. Bu gün səhər saat 07:00-dan etibarən ölkə üzrə bütün seçki məntəqələri əhalinin səsverməsi üçün açılıb.
Azvision.az “The Slovak Spectator”a istinadən xəbər verir ki, səsvermə prosesi axşam saat 22:00-dək davam edəcək.

Slovakiyanın 5-ci prezidenti seçilmək uğrunda 13 namizəd mübarizə aparır. Onlardan yalnız 3-ü favoritlər sırasındadır – Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç, Slovakiya Ali Məhkəməsinin sabiq rəhbəri Ştefan Qarabin və vəkil Zuzan Çaputov.

Lakin Slovakiyanın hazırkı prezidenti Andrey Kiska ikinci dəfə seçilmək üçün namizədliyini irəli sürməyib.

Qeyd edək ki, Slovakiyada prezident 5 il müddətinə seçilir. Onun səlahiyyət dairəsi bir qədər məhdud olsa da, tam simvolik də deyil. Slovakiyada prezident baş nazir postuna və eləcə də, Konstitusiya Məhkəməsinin hakimləri postuna namizədlər irəli sürmək, əksər səs çoxluğu ilə qəbul edilən qanunlardan başqa digər bütün qanunlara veto qoymaq və digər səlahiyyətlərə malikdir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Slovakiya   Seçki  





Xəbər lenti