Tramp Konqressin qərarına veto qoydu

 Tramp Konqressin qərarına veto qoydu
  16 Mart 2019    Oxunub:2812
ABŞ prezidenti Donald Tramp Meksika ilə cənub sərhəddində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı verdiyi fərmanın ləğvinə dair Konqressin qəbul etdiyi qətnaməyə veto qoyub.
Azvision.az “BBC”yə istinadən xəbər verir ki, bu, Trampın prezidentliyi dövründə Konqressə tətbiq etdiyi ilk vetodur.

“Bir prezident kimi, mənim ən yüksək vəzifəm xalqın müdafiəsidir. Konqressin qətnamə qəbul etmək hüququ var, mənim borcum isə ona veto qoymaqdır” – Tramp qərarını şərh edərkən deyib.

İndi Trampın vetosunu ləğv etmək üçün Konqressin hər iki palatasının – Senatın və Nümayəndələr Platasının 2/3 səs çoxluğu lazımdır. Lakin ekspertlərə görə, çətin ki demokratlar və respublikaçılar bu məsələdə tam razılığa gəlsinlər.

Qeyd edək ki, Konqress cənub sərhədlərində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı prezident fərmanının ləğvi barədə qətnaməni 14 fevralda qəbul edib. Tramp həmin fərmanla Meksika ilə sərhəddə divarın tikilməsi üçün büdcədən daha çox vəsait almaq niyyətindədir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Konqress   ABŞ  





Xəbər lenti