Yeni Zelandiya terrorçusu hakim qarşısında - 49 ittiham irəli sürüldü

Yeni Zelandiya terrorçusu hakim qarşısında -  49 ittiham irəli sürüldü
  16 Mart 2019    Oxunub:2621
Ötən gün Yeni Zelandiyanın Kraystçerç şəhərindəki məscidlərə silahlı hücum edərək onlarla insanı qətlə yetirən, türk-müsəlman düşməni 28 yaşlı cani Brenton Tarrant saxlanıldıqdan dərhal sonra bu gün məhkəmə qarşısına çıxarılıb.
Azvision.az “Herald” qəzetinə istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə onun məhkəməsi ictimaiyyətə qapalı keçirilib.

Qeyd olunub ki, Brenton Tarranta qarşı 49 cinayət ittihamı irəli sürülüb. Səbəb isə, Tarrantın hər iki məscidə hücumda təqsirli bilinməsidir. Buna rəğmən o, zaminə çıxmağı tələb etməyib. Hətta hakim ona qarşı ittihamları sadalayarkən heç bir reaksiya göstərmədiyi və məhkəmə prosesində Tarrantın ağdərili irqin üstünlüyünü müdafiə edən əl işarəsi nümayiş etdirdiyi bildirilir.

“BBC”nin məlumatına görə, Brenton Tarrant 5 apreldə yenidən məhkəmə qarşısına çıxarılacaq.





Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti