Lavrov Türkiyə səfərindən yenə imtina etdi

   Lavrov Türkiyə səfərindən yenə imtina etdi
  16 Mart 2019    Oxunub:2205
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun martın 18-də Antalyaya planlaşdırdığı səfər təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən verilən məlumatda səfərin dəqiq hansı tarixdə keçiriləcəyi və təxirə salınma səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Lavrovun Türkiyə səfəri rusiyalı nazirin iş qrafikindəki dəyişiklik səbəbindən martın 13-dən 18-nə keçirilmişdi. XİN rəhbəri səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşməli idi.

Azvision.az



Teqlər: Türkiyə   Lavrov  





Xəbər lenti