Bakıda motosiklet “Bakubus”un avtobusuna çırpılıb

  15 Mart 2019    Oxunub : 1466
Bakıda motosiklet “Bakubus”un avtobusuna çırpılıb
Bakının Yasamal rayonu, M.Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü xəsarət alıb, avtobusda olan sərnişlərdən xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: BNA   Qəza